!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə qanunsuz tikinti işləri dayandırıldı

!Reklam – Yazi

Gəncə şəhərinin ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər keçirilir.

Bu barədə Yenicag.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Bu dəfə də aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin 5-ci mikrorayon, Sədi küçəsi, 31 saylı yaşayış binasının qarşısında və Ozan küçəcində aparılan qanunsuz tikinti işləri dayandırılıb və söküntüsü təmin edilib.

Qeyd edək ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv