!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə türbə kanalizasiya sularının ortasında qaldı - VİDEO

!Reklam – Yazi

Gəncədəki Comərd Qəssab türbəsi günlərdir yağış və kanalizasiya sularının ortasında qalıb. Abidənin içərisində də qalın palçıq təbəqəsi yaranıb.

Yenicag.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, Gəncə şəhər Sukanal İdarəsindən mövcud vəziyyətə səbəb həmin ərazidə yağış suları üçün drenaj sisteminin olmaması bildirilib.

Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən də münasibət bildirilib. Qurumun rəsmisi Fariz Hüseynli deyib ki, türbənin ətrafına yağış nəticəsində yığılan suyun təmizlənməsi və nəticələrinin aradan qaldırılması, eləcə də abidənin mühafizəsi istiqamətində əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, VII əsrdə Gəncə şəhərində yaşamış və xalqın rəğbətini qazanmış Comərd Qəssabın məzarüstü türbəsi 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə əsasında bərpa olunub və dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edilib.

Daha ətraflı videomaterialda:

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv