!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə yanğın: 15 nəfər xilas edildi

!Reklam – Yazi

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2 olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv