!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə yanğın - Xəsarət alan var 

!Reklam – Yazi

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub. 

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Fikrət Mehdizadəyə məxsus evin həyətindəki tullantılar yandırılıb.

Bu zaman alov yaxınlıqda yerləşən 1962-ci il təvəllüdlü Mirqasım Babayevə məxsus həyətyanı sahədəki yardımçı tikiliyə keçib.

Hadisə zamanı 1 nəfərin xəsarət alıb və ona ambulator yardım göstərilib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1967
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv