Gəncədə zəncirvari qəza baş verdi

media-hightechnic-468x90

publika.az1406603053-pGəncədə 7 avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yanvarın 22-də şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil üç “Mercedes”, “QAZ 24”, “Hyundai” və “Wolksvagen” markalı avtomobilə çırpılıb.

media-banner_tkm

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillər ciddi zədələnib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.

Məlumata görə, qəzanı törədən sürücü 1963-cü il təvəllüdlü Alıyev Rövşən sərxoş olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05