Gəncədə zəncirvarı qəza-Video, Foto

media-hightechnic-468x90

249dbd3f5b609559c4c794eefa8cd05cGəncədə zəncirvari yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə bu gün saat 16.00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 23 yaşlı İlkin Hüseynov idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı iki minik avtomobilinə və “Ford” markalı yük avtomobilinə çırpılıb.

VAZ 2106-nın sürücüsü yüngül xəsarət alıb. Onun sərnişini, 28 yaşlı Sadiq Bağırov isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş polis idarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600