"Gənclər buna görə evlənə bilmir" - Fazil Mustafa

media-hightechnic-468x90

İşsizlik və müəyyən problemlər imkan vermir ki, gənclər ailə həyatı qursun.

Yenicag.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O əlavə edib ki, boşananların sayı isə hər gün çoxalır:

“Bu, ailə institutunun ciddi çağırışlar qarşısında olduğunu göstərir. Selektiv abortlar çoxalır. Bu da gələcəyimiz üçün ciddi siqnallar deməkdir”.

Deputat bildirib ki, ölkədə qadınların sahibkar ola bilməmələri ilə bağlı problemlər bürokratiya ilə bağlıdır:

“Ölkədə icra başçısı olan bir qadın da yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600