!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər Fondundan mühüm addım: “İdeyanı Reallaşdır” müsabiqəsi başladı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və ictimai əhəmiyyətli ideyalarının maliyyələşdirilməsi ilə bağlı “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinə” start verir.

Elan edilmiş mövzular üzrə gənclərin bilik və bacarığının, təmsilçilik və qərar qəbuletmə, eləcə də fəallığının artırılması ilə bağlı layihələr 11 mart tarixindən etibarən GencAPP (genc.az) mobil tətbiqi və www.youthfoundation.az internet səhifəsi vasitəsilə müsabiqəyə təqdim oluna bilər. Müsabiqə çərçivəsində maliyyələşdiriləcək mövzuların siyahısı gənclər və gənclər təşkilatları ilə aparılan sorğular və gənclər siyasətinin prioritet istiqamətləri əsasında müəyyən edilmişdir.

Müraciət prosesini asanlaşdırmaq məqsədilə gənclər layihələrini qeyd olunan platformalar vasitəsilə artıq videotəqdimat şəklində göndərə biləcəklər.

Müsabiqədə tətbiq edilmiş daha bir yeniliyə əsasən gənclərin ideya və layihələri bu gündən etibarən il boyu Gənclər Fondu tərəfindən qəbul ediləcək və hər rübün sonunda qaliblər elan olunacaqdır. Belə ki, bir çox hallarda təklif olunan layihələrin təxirəsalınmaz icrası tələb olunur və dövrü keçirilən qrant müsabiqələrində həyata keçirilməsi layihənin faydasını və aktuallığını azaltmış olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə təsis edilmiş Gənclər Fondu bu günə qədər 14 qrant müsabiqəsi çərçivəsində gənclər və gənclər təşkilatlarının 4 mindən artıq layihəsini maliyyələşdirmiş, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirməkdədir.

“İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə burada tanış ola bilərsiniz.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv