“Gənclik Mall”un tikintisi davam edir
Bakının mərkəzində, metronun “Gənclik” stansiyası üzərində tikilən “Gənclik Mall”da iş sürətlə davam etdirilir. Köhnə “Amay”ın yerində inşa olunan nəhəng ticarət mərkəzinin hansı layihəyə uyğun inşa olunduğu dəqiqləşib. Belə ki, daha əvvəl mərkəzə aid olduğu bildirilən bir neçə layihənin fotoları saytlarda yayılmışdı. Tikinti işləri davam etdikcə, binanın məhz hansı layihəyə uyğun olduğu da aydın olub.
Qeyd edək ki, mərkəzdə çoxsaylı istirahət-əyləncə məkanları, restoranlar, kinoklub, uşaq meydançası və s. olacaq. Üç yeraltı və üç yerüstü mərtəbədən ibarət olacaq “Gənclik Mall”un ümumi sahəsi 130 min kvadrat metr olacaq. Ticarət mərkəzinin tikintisinin 2015-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
(lent.az)