General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA

media-hightechnic-468x90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.

Oxu.Az-ın məlumatına görə, təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva bununla bağlı sosial media hesabında paylaşım edib.

N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:

“Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür”.

Oxu.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.

Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə saxlanılıb və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa