!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generaldan ŞOK açıqlama: “Qərb Rusiya ilə birbaşa qarşıdurmadan qaçır”

!Reklam – Yazi

“Ukrayna məğlub olsa belə, Qərb Rusiya ilə birbaşa qarşıdurma istəmir”.

Yenicag.az xəbər verir ki, bunu Qərb və Rusiyanın birbaşa qarşıdurmasını şərh edən istefada olan general-leytenant Evgeni Bujinski deyib.

Onun sözlərinə görə, Qərb Ukraynaya görə Rusiya ilə silahlı münaqişəyə getməz. Çünki buna nə hazır, nə də maraqlı deyil. Yəni birbaşa qarşıdurmadan qaçacaq.

“Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi Rusiya ilə müharibəyə sürükləməyə çalışır. Tərəfdaşlarından əsas olaraq, uzaqmənzilli silahlar istəyir. Bu isə Rusiya ərazisinin dərinliklərini vurmaq deməkdir. Eyni zamanda, hava hücumundan müdafiə sistemləri istəyir. Kiyevin hava hücumundan müdafiə sistemlərini Rusiyanın ağır raket və dron zərbələrindən qorunmaq üçün istəməsi başa düşüləndir. Lakin onlara verilən hava hücumundan müdafiə sistemləri ya köhnəlib, ya da silinmək üçün nəzərdə tutulub. Yəni Ukrayna hava hücumundan müdafiəsini gücləndirmək baxımından heç nə əldə etməyib.

Qərb Kiyevə yardım etməkdə canfəşanlıq etmir. Çünki Ukrayna məğlub olsa belə, Rusiya ilə birbaşa qarşıdurma istəmir. Bu, onlara qətiyyən lazım olmadığı üçün çalışdıqları qədər yayınmağı üstün tuturlar. Əlavə olaraq belə bir ssenarinin necə bitəcəyini də çox yaxşı anlayırlar”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv