Gimnastlarımız Avropa çempionatında iştirak ediblər 

media-hightechnic-468x90

 

4-8 iyun tarixlərində Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilib.

Yenicag.az xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda böyüklər arasında Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zəhra Cəfərova, gənclərdən ibarət qrup hərəkətləri komandasında Ayan Nəsirova, Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Şəms Müvəffəqi və Röya Alıkişiyeva, böyüklərdən ibarət qrup hərəkətləri komandasında isə Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Sofiya Məmmədova təmsil ediblər.

media-gimnast_4

Gimnastlarımız ən yaxşı performanslarını nümayiş etdirməyə çalışsalar da, təəssüf ki, mükafatçılar sırasına düşə bilməyiblər. 3 top və 2 halqa ilə çıxış edən böyüklərdən ibarət qrup hərəkətləri komandamız 24.000 xalla final mərhələsinə yüksəlsə də, ilk üçlükdə yer ala bilməyib.

media-gimnast_2

Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzulayırıq!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600