Girdəni çay üzərindəki körpü yenidən qurulacaq

media-hightechnic-468x90

“Mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi” çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çay üzərindəki körpü 20 sentyabr 2025-ci il səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaqdır.

media-banner_tuq

Bu barədə Yenicag.az-a AAYDA-dan məlumat verilib.

Qeyd olunur ki, bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.

“Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayışa görə təşəkkür edirik”, – agentlik qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05