“Girovların azad olunması üçün əlimizdən gələni edəcəyik”

media-hightechnic-468x90

7e751e4b8fadb8382215fc5a84b9cd34Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışıb.

Şeyx bildirib ki, bu yaxınlarda Moskvada Rusiyanın patriarxı ilə görüşündə də bu məsələ müzakirə olunub və yaxın zamanlarda gözlənilən erməni katolikosu II Qareginlə görüşündə bu birinci məsələ kimi qaldırılacaq.

A.Paşazadə qeyd edib ki, bu məsələ ilə bağlı ən düzgün addımları müdafiə və hüquq-mühafizə orqanları ata bilər: “Biz daima dövlətin yanındayıq və bu məsələdə nə lazımdırsa, o addımı ata bilərik. İmkan daxilində də əlimizdən gələni edəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600