Gömrükdə bəyan edilməyən meyvə-tərəvəz yükü aşkar edildi

media-hightechnic-468x90

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana meyvə-tərəvəz yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Yenicag.az-a bildirilib ki, stasionar rentgen qurğusunun təsvirlərində uyğunsuzluq qeydə alındığından avtomobil əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsindən 4 min 390 kiloqram alma yükünün İran ərazisində boşaldıldığı və yerinə 3 min 600 kiloqram portağal, 630 kiloqram xiyar və 160 kiloqram qarpızın yükləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa