!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat - Gürcüstandan gətirilən siqaretlər tutuldu - VİDEO

!Reklam – Yazi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “VAZ-2105” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş üzərində “Marlboro Edge” sözləri yazılan 2200 ədəd, üzərində Parliament Silver Blue” sözləri yazılan 400 ədəd, üzərində “R1” sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2400 ədəd üzərində “Qilzı papirosnıe” yazılan tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv