Gömrükdə əməliyyat – Heroin mədəsində tapıldı

media-hightechnic-468x90

nn-954Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın paltosunun cibindəki konfet qutusunda, konfetlərin arasında, gömrük nəzarətindən gizlədilmiş 38 ədəd həb şəklində olan “Metadone” adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, həmin şəxsin mədəsində 3 ədəd bükümdə, xalis çəkisi 5,36 qram olan narkotik vasitə – heroin aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600