“Google” bu xidmətlərə ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacaq

media-hightechnic-468x90

“Google” kriptovalyuta ilə öz bulud xidmətlərinə abunə üçün ödənişlərin qəbulunun tezliklə başlanacağını elan edib.

İT nəhənginin tərəfdaşı kriptovalyuta birjası “Coinbase” olub.

Məlumata görə, “Google” 10 növ kriptovalyutanı, o cümlədən “Bitcoin”, “Ethereum”, “Litecoin”, “Bitcoin Cash” və hətta “Dogecoin”i qəbul edəcək. Funksiya 2023-cü ilin əvvəlində əlçatan olacaq.

İlk mərhələlərdə yalnız dünya üzrə bir neçə korporativ müştəri kriptovalyuta ilə ödəniş edə biləcək. Bir qədər sonra isə yenilik daha çox istifadəçinin ixtiyarına veriləcək.

Bildirilir ki, “Coinbase” hər tranzaksiyadan komissiya alacaq. Onun məbləği hələ açıqlanmır. Bununla belə, qeyd edilir ki, əməkdaşlıq çərçivəsində “Coinbase” “Google”un xeyrinə “Amazon”un bulud infrastrukturundan imtina edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600