“Google” eynəkləri satışa çıxarılıb

media-hightechnic-468x90

jhjhghjhÇərşənbə axşamı “google” özünün eynəklərini satışa çıxarıb.

1 həftə ərzində 10 mindən çox adam həmin eynəklərdən alıb.

Rəsmi sayta əlavə edilən pəncərə vasitəsi ilə aparılan satışlar 1 həftə ərzində rekord qırıb. Belə ki, 7 gün ərzində 10 mindən artıq insan onlayn şəkildə həmin eynəyi alıb. Yalnız ABŞ vətəndaşları üçün mümkün olan bu ticarətin artıq indidən problemlər yaratdığı deyilir.

Birinin qiyməti 1500 ABŞ dolları olan eynəklərə maraq olsa da, bəzi mütəxəssislər bundan narazılıq edir. Onların fikrincə erkən yaşda bu əşyaya sahib olan şəxslər insanların şəxsi həyatına aid ola biləcək bəzi hadisələri gizli şəkildə çəkib, internetə yerləşdirə bilərlər.

Bazar ertəsi bəzi xarici KİV-lərin şirkətə göndərdiyi sorğulara cavab verməyən şirkət məhsulla bağlı onu bildirib ki, bu məhsul həkimlərin, anaların, rokerlərin, musiqiçilərin və ümumilikdə yenilik kəşf etmək istəyən hər kəsin işinə yarayacaq(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600