“Google”, “Youtube” və “Gmail”in işləməməsinin səbəbi AÇIQLANDI

“Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, “Google” sistemi, o cümlədən Gmail”, “Youtube”, “Google Analytics”, “Google Play” işləməyib.

Qeyd edilir ki, qəzanın nəticələri aradan qaldırılır.

COP29