Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNDİ

media-hightechnic-468x90

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.07.2025-ci il tarixində saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Yenicag.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 1

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

“Unikal”ın məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə baş verib.

Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini, 1979- cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb.

Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600