Goranboyda qəbirlər dağıdıldı

media-hightechnic-468x90

pGoranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb.

Bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib.

Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.

Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb.

Hazırda onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600