Görkəmli alim,professor vəfat edib

media-hightechnic-468x90

derGörkəmli alim, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuri ömrünün 84-cü ilində vəfat edib.

AMEA-nın Eroziya və Suvarma İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, B. Q. Şəkuri  5 mart 1930-cu ildə İranın Astara şəhərində ziyalı ailəsində  anadan olub. O, orta təhsilini İranda həkim Nizami adına məktəbdə bitirib. 1957-ci ildə Gəncədəki Azərbaycan Aqrar Universitetinin aqronomluq fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

Ömrünün 50 ilini Azərbaycan torpaqlarının eroziyadan qorunması probleminin həllinə həsr edib. B.Q.Şəkuri Azərbaycan, rus, fars və ingilis dilində çap edilmiş 540 elmi məqalənin, 40 monoqrafiyanın, 38 kitab, kitabça və elmi tövsiyənin müəllifi olub.

Ona elmi fəaliyyətinə görə İran İslam Respublikasının 6 Fəxri Fərmanı ilə təltif edilib, son 20 ildə onun rəhbərliyi altında İran İslam Respublikasında bir neçə böyük elmi proqramlar icra olunub.

B.Q.Şəkuri 1995-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının, 2000-ci ildən isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

 Allah rəhmət eləsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600