“Görüş” kafesində nöqsanlar aşkarlandı

media-hightechnic-468x90

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi 129 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mirzəyeva Esmira Zakir qızına məxsus “Görüş” kafesində yoxlama keçirib.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, baxış zamanı kafedə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulunda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa