Göyçayda ağır qəza: iki nəfər ölüb - FOTO/YENİLƏNDİ

media-hightechnic-468x90
Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.
Yenicag.az APA-nın Şirvan bürosuna istinadən xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.
1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmirova, 1998-ci il təvəllüdlü A. Feyzullayeva və 2 yaşlı qız uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.
Yenicag.az APA-nın Şirvan bürosuna istinadən xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.
Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
media-6a16d725c1ffe6a16d725c1fff17798817656a16d725c1ffb6a16d725c1ffd
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05