“Lion Air” aviaşirkətinin “Boeing 737” təyyarəsi Cakarta aeroportundan havaya qalxandan sonra qəzaya uğrayıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, göyərtəsində 188 nəfər olan sərnişin təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib.
Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.
Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.
Təyyarə Cakartadan Pankalpinanq şəhərinə aviareysi (JT-610) yerinə yetirirdi.
www.yenicag.az