Göygöl Milli Parkında mühafizə rejimini pozan şəxslər saxlanıldı

media-hightechnic-468x90

Göygöl Milli Parkının ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mühafizə rejimini pozan şəxslərin Göygöl rayonu, Toğana kənd sakinləri – Məzahir Qurbanov, Orxan Bayramov, Cavidan Rzazadə, Səlmandər İmanov və Samux rayonu, Alıuşağı kənd sakini Bakir Alıyev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600