Göygöldə batan ikinci şəxsin də meyiti tapıldı – YENİLƏNİB

Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** 15:40

Göygöldə suda boğulanlardan birinin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə Gəncəçayın Göygöl şəhərin ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöl rayon sakinləri, 15 yaşlı Akif Səfərov və 12 yaşlı Rüzgar Rzayev çay üzərində qurulan suvarma kanalında batıblar. Axtarışlar zamanı A.Səfərovun meyiti tapılıb. R.Rzayevin axtarışı isə davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır./Report/

*** 14:46

Gəncəçay çayında 2 nəfərın batması faktı qeydə alınıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.