Polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, son bir ayda qeydə alınmış 1 186 cinayətin böyük əksəriyyəti açılıb, 1 860 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 485 şəxs tutulub, 106 cinayətkar qrup zərərsizləşdirilib.
Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.
www.yenicag.az