Göygöldə inzibati binada yanğın olub
Göygöl rayonunda yanğın hadisəsi baş verib.
Göygöl şəhərində ümumi sahəsi 420 kv.m olan inzibati binanın sanitar qovşağı və rabitə otaqlarının lambirdən ibarət tavanı 27 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.