2006-cı ildə “Saksoniya gözəli” seçilən Henriette Hömke həddindən artıq arıqladığı üçün ciddi sağlamlıq problemləri yaşayıb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gözəllik kraliçası seçildiyi zaman 63 kq olan Hömke daha sonra arıqlamaq qərarına gəlib.
Dieta saxlamağa başlayan model gün ərzində olduqca az qida qəbul etməyə başlayıb. Vəziyyət o həddə çatıb ki, Hömkenin çəkisi 40 kiloqrama qədər düşüb.
Anoreksiya xəstəliyinə (ölümünə arıqlamaq, kökəlməkdən qorxmaq – red) düçar olan gözəllik kraliçası daha çox yaşaya bilməyib.
Hömke 29 yaşında aclıqdan ölüb.
www.yenicag.az