“Gözübağlı” püşkün yenidən qarşılaşdırdığı RƏQİBLƏR: “Qarabağ”ın “Bayer”ə asanlıqla...”

media-hightechnic-468x90

“Almaniyada “Bavariya” kimi komandanı geridə qoyaraq liderliyə yüksəlməsi “Bayer Leverkuzen”in gücündən xəbər verir”.

media-banner_tuq

Bu fikirləri “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer Leverkuzen” ilə baş tutacaq qarşıdurmasını dəyərləndirən veteran futbolçu Rauf Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qarabağ” çox çətin rəqiblə qarşılaşacaq.

“Bayer Leverkuzen”in son dövrlərdə göstərdiyi performans, oynadığı futbol, Almaniyada “Bavariya” kimi komandanı geridə qoyaraq liderliyə yüksəlməsi komandanın gücündən xəbər verir.

Hazırda “Bayer” çox yaxşı formadadır, göstərdikləri oyunla seçilməyi bacarır. Güclü rəqiblə UEFA Avropa Liqasının qrup mərhələsində qaşılaşan “Qarabağ” ilk oyunda rəqib meydanında çətinliklə üzləşmişdi. Evdəki oyunda isə son dəqiqələrdə penaltidən buraxdığı qolla məğlub olmuşdu.

Lakin “Bayer Leverkuzen” 1/8 finalda qrupda oynadığı matçlardan daha yaxşı oyun nümayiş etdirməyə çalışacaq. Rəqibin nə qədər güclü olmasına baxmayaraq, komandamız Almaniya nəhənginə asan təslim olmayacaq. “Qarabağ”a bu turnirdə uğurlar arzu edirəm”.

İsmayıl Bakuvi

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05