!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güclü külək Bakıda dörd avtomobili aşırdı

!Reklam – Yazi

“Ötən gündən əsən güclü külək nəticəsində Bakıda dörd yük avtomobili aşıb”.

Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, ötən gün Bakı-Salyan yolu istiqamətində, Su İdman Sarayı – Bibiheybət yolunda hərəkətdə olan 3,5 tona qədər ağırlıqda olan dörd yük avtomobili aşıb:

“Həmin yolda bir neçə saatlıq hərəkət istiqaməti dəyişdirilib. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Hazırda dəymiş ziyanlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi güclü külək səbəbindən 70 ağacın aşdığını açıqlayıb. Aşan ağaclar 10 avtomobilə ciddi ziyan vurub.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv