Güclü külək sabahdan mülayimləşəcək

media-hightechnic-468x90

img1849465Bakıda müşahidə olunan güclü şimal küləyi iyulun 5-dən mülayimləşəcək.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 5-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600