!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən 19 ildən 34 ilə qədər həbs edilə bilər – İttihamlar:“Silahlı şəbəkə lideri”, “Saxtakar”, “böhtançı”…

!Reklam – Yazi

 

Screenshot_214 dekabr 2014-cü ildə başlanan “Tahşiyə” əməliyyatında həbs olunan və haqqındahəbs qərarı çıxarılan Gülən Şəbəkəsi üzvləri ilə bağlı İddianamə hazırdır. Aralarında Parelel Şəbəkənin başçısı Fətullah Gülən, “Samanyolu”nun rəhbəri  Hidayət Karaca və və bir sıra yüksək rütbəli polis rəislərinin də olduğu 33 şübhəli şəxs haqqında iddinamə prokurorluğa təqdim edilib.

Yenicag.az Novosti.com-tr-yə istinadən xəbər verir ki, adiçəkilən şübhəlilərin saxlanılmasına səbəb onların bir-sıra qeyri –qanuni fəaliyyətləri və cinayətlərdə iştirakı olub. Prokurorluğa təqdim edilən iddinamədə 64 şəxs zərərçəkən qismində göstərilir. Həmçinin sənəddə Gülən bir nömrəli şübhəli şəxs qismində qeyd olunur.

Həmçinin, Hidayət Karaca, keçmiş polis rəisləri Tufan Ergüder, Ali Fuat Yılmazer, Yurt Atayün, Ömər Kösə və Mutlu Əkizoğlu da şübhəli şəxslər arasında yer alıb.

İddianamədə Gülənin “Silahlı şəbəkə yaratmaq və başçılıq etmək”  maddəsilə 15 ildən 22.5 ilə, “saxtakarlıq” maddəsi ilə 3 ildən 7.5 ilə, “böhtan” səbəbindən isə 1 ildən 4 ilə qədər olmaqla ümumilikdə 19 ildən 34 ilə qədər həbs gözləyir.

O cümlədən, sözügedən sənəddə digər 32 şübhəli şəxsin də “silahlı şəbəkəyə üzv olmaq”, “saxtakarlıq”, “böhtan”   maddələrindən dolayı  11.5 ildən 26 ilə qədər həbs edilməsi tələb edilib.

“Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının işi isə bu dosyedən ayrılıb və başqa cinayət dosyesinə əlavə edilib.

Qeyd edək ki, Gülən özünə qarşı müxalif olan “Tahşiyə”  yayın evi sahibi və yazarlarını saxta ittihamlarla bir il səkkiz ay həbsdə saxlamaqla ittiham olunur. Onun bu təlimatı efir vasitəsi ilə verdiyi təsbit olunub.

 

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv