Almaniyanın paytaxtı Berlində “liberal məscid” adlandırılan yeni ibadətxana yaradılıb.
Yenicag.Ru xəbər verir ki, sözügedən məscid Berlindəki yevangelist kilsəsinin 3-cü mərtəbəsində yerləşir və 90 kvadrat metr sahəni əhatə edir.
Bu fakt olduqca düşündürücüdür – nəyə görə xristian kilsəsi öz binasında müsəlman ibadətxanasına yer versin? Şükür Allaha, axı Berlində həmin məscidin fəaliyyət göstərə biləcəyi məkanların sayı kifayət qədərdir.
Bu tapmacanın cavabı ondadır ki, müsəlmanlara ibadət üçün şərait yaradan “xristianlar” “mavi”dirlər və onlarla eyni cinsi orientasiyaya malik “müsəlmanlar”a qardaş (bacı) köməyi göstəriblər.
Daha sonra isə məlum olub ki, həmin “liberal məscid” FETÖ lideri, Türkiyənin ədalət məhkəməsindən yayınaraq, ABŞ-da gizlənən Fətullah Gülənin müridləri tərəfindən yaradılıb. Həmin ibadətxanada azanı qadın, hətta ola bilsin lezbiyan verir.
“Liberal məscid” məsələsi şəhərdəki müsəlman icmasını son dərəcə qəzəbləndirib. Oxucuların artıq təxmin etdikləri kimi söhbət homoseksuallar, feministlər, hicabsız qadın-imamlar, həmçinin onlarla vaxt keçirtmək istəyənlər, bununla da İslam dininə həqarət edənlər üçün yaradılmış “məscid”dən gedir.
Berlindəki 10 minlərlə, bəlkə də 100 minlərlə müsəlman bu “məscid” məsələsinə əhəmiyyət vermədilər. Yerli hakimiyyət isə “hücum” ehtimalını nəzərə alaraq, “məscid”in ətrafına mühafizə dəstəsi yerləşdirib.
www.yenicag.az