Gülənin AKP içindəki “Troya atları”nın Ərdoğanla savaşı
Türkiyənin iqtidar partiyasının- AKP-nin başqan müşaviri Hüseyn Çelik, baş nazirin müavini Bülənd Arınç və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək arasındakı mübahisəyə münasibət bildirib.
CNN Türk-ə açıqlama verən Hüseyn Çelikin sözləri partiyada ikinci Bülent Arınc hadisəsi effekti doğurub. Belə ki, “Mən Bülənt Arıncın yerinə olsaydım, deyərdim ki, Rəcəb Tayyib Ərdoğan narazılıqlarını ictimaiyyətlə bölüşmək əvəzinə baş nazirə bildirsin” deyərək, baş nazirin müavininin prezidentə etirazını təkrarlayıb.
Daha sonra “Köynəyin yuxarı düyməsini səhv düymələsəniz, aşağı qədər səhv gəlir” deyərək, izləyicilərinə ikinci şoku yaşadan Hüseyn Çelik “Nə prezident, nə də AKP mələklərdən ibarət deyil” söyləyib.
Qeyd edək ki, AKP içində Gülən ilə ittifaq pozulana qədər Camaata iki ən yaxın isimdən biri olaraq, Hüseyn Çelikin ism çəkilirdi. Hətta müxalifləri onun AKP içində Gülənin “Troya atı” olduğunu bildirirdilər. Bu səbəbdən də, Davudoğlu partiyanın başına keçdikdən sonra o, partiya sözcülüyündən çıxarılıb, daha passiv vəzifəyə təyin etdirilmişdi.
17 dekabr 2013-cü ilə qədər partiya içində Gülən ilə əlaqələri idarə edən və hər il Pensilvaniyada görüşlər keçirən isə Bülent Arınc idi.
Paralel ilə mübarizə başladığı zaman susqunluqları ilə Gülən Camaatının tənqid hədəfinə çevrilən bu şəxslərin Ərdoğan tərəfindən səlahiyyətləri azaldılsa da, tamamilə üzərlərindən xətt çəkilməməsinin səbəbi hər ikisinin və digər Camaatla əlaqəl şəxslərin 3 dəfə seçilmə şansından istifadə etmələri idi. Yəni, seçkidə iştirak edə bilməyəcəkləri üçün Ərdoğan partiyanın üst səviyyəsində “təmizlik” aparmadı. Ancaq görünür ki, seçilmədikləri kimi, öz yerlərinə istədikləri namizədlərin də seçilməyəcəyini gördükləri üçün Camaatın “Troya atları” artıq Ərdoğana qarşı kinlərini gizlətmirlər.
Baş nazir Davudoğlu Arınc və Gökcəkə xəbərdarlıq etdiyi halda birincinin hələ də hər fürsətdə bələdiyyə başqanını ittiham etməsi göstərir ki, “Zaman” qəzetinin “susan vicdan” adlandırdığı Arınc artıq onların “müalicə”sinə cavab verməkdədir. Necə ki, türk ordusunun gizli “kozmik” kabinetlərinə girə bilməyən Paralel zamanında Arınca sui-qəsd edildiyini iddia edərək, istədiyini əldə etmişdi. Bu dəfə də Arınc üzərindən AKP-nin çökdürülməsi üçün planlar qurulmaqdadır.