Güləşçimiz erməniyə qarşı
Kişilər arasında güləş üzrə sərbəst üsulla yarışlar davam edir.
Yenicag.az xəbər verir ki, bu gün sərbəst üsulla güləşdə 4 çəki üzrə görüşlər başlayacaq. Azərbaycan hər 4 çəki üzrə mübarizəyə qoşulacaq. 61 kq çəkidə Hacı Əliyev 1/8 final görüşündə Ermənistandan olan idmançı Valodiya Franqulyanla üz-üzə gələcək.
Digər bir təmsilçimiz Ruslan Dibirhacıyev isə 70 kq çəkidə yarışacaq. Təmsilçimiz 1/8 finalda Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Kişilər arasında 1/8 final mərhələsində 86 kq çəkidə isə Nurmaqomed Hacıyev Bolqarıstandan olan güləşçi Georgi Sredkovla mübarizə aparacaq.
125 kq çəkidə isə Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək.