Güləşçimiz Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finala yüksəldi

media-hightechnic-468x90

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb.

Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə sabah finalda ukraynalı Olena Kolubayla güləşəcək.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05