!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Günay Qurbanova Avropa çempionatında qızıl medal qazandı

!Reklam – Yazi

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.

U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.

Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb./Report/

www.yenicag.az

201
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv