Günay SİRRİ AÇDI: “Yüz plastik cərrah yığılsa, bunu bacarmaz”

media-hightechnic-468x90

“Gözəllik nə estetik-plastik əməliyyatlardadır, nə də zahiri görünüşdədir. Sevginin gözəlləşdirdiyi qadını yüz plastik cərrah bir yerə yığılsa, gözəlləşdirə bilməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Günay Firudinqızı “Çoxlarına elə gəlir ki, xoşbəxt olmaq üçün mütləq gözəl olmaq lazımdır və buna görə də lazım oldu-olmadı plastik-estetik əməliyyatlar etdirir” fikrinə münasibət bildirərkən deyib.

O, gözəlliyin xoşbəxtliklə heç bir əlaqəsi olmadığını bildirib:

“Xoşbəxtlik nə estetik-plastik əməliyyatlardadır, nə də zahiri görünüşdə. Gözəllik insanın içindədir, qəlbindədir, sevgisindədir. Xoşbəxtlik də ruhla, sevgi ilə bağlıdır. Qadını gözəlləşdirən sevgidir. Dünyanın ən gözəl qadını sevən, sevilən qadındır. Leyli qara, çirkin bir qız olub, deyirlər, Məcnun bunun nəyinə vurulub? Məcnun deyir, siz ona mənim gözümlə baxın. Həqiqətən də sevgi elə bir duyğudur ki, insanı göylərə qaldırar. Yaraşıqlı bir bəy çirkin bir xanımı sevə bilər, amma o həmin bəyin gözünə dünyanın ən gözəl qadını kimi görünər. Sevgi elə bir dəyərli qüvvədir ki, onu nə pulla almaq olur, nə mal-dövlətlə. Sevginin gözəlləşdirdiyi qadını yüz plastik cərrah bir yerə yığılsa, gözəlləşdirə bilməz”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa