Gürcü nazir azərbaycanlı jurnalistlərlə görüşəcək

media-hightechnic-468x90

64313Sabah Gurcustanın Barış ve Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli mətbuat nümayəndələrinin göruşü keçiriləcək.

Tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutacaq. Görüşdə Gürcüstanda nəşr olunan azərbaycandilli mətbuatın problemləri, inkişaf etdirilməsinə qayğı və gündəmdə olan digər aktual məsələlərlə bağlı söhbət gedəcək, məqsədyönlü təkliflər irəli sürüləcək, fikir mübadiləsi aparılacaq.

Görüşdə dövlət naziri Paata Zakareişvili jurnalistlər qarşısında çıxış edəcək və jurnalistləri maraqlandıran sualları cavablandıracaq.(apa.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa