Gürcüstan DTX antiterror əməliyyatı keçirdi

media-hightechnic-468x90

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməlliyyatı nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.

Yenicag.az xəbər verir ki, məlumatı DTX yayıb.

Bildirilib ki, saxlanılanların evinə baxış zamanı döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul və digər mühüm əşyalar da daxil olmaqla, istintaq üçün mühüm əhəmiyyət kəsb edən sübutlar müsadirə edilib. DTX-nın bəyanatında qeyd edilib ki, saxlanılan şəxslərinə baxış zamanı onların beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən müxtəlif sübutlar da götürülüb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına qoşulma və terror fəaliyyətlərinə yardım etməni nəzərdə tutan maddəsi ilə istintaq aparılır./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa