Gürcüstan hakimiyyəti pravoslavlığı dövlət dini elan etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Caqmaidze bildirib.
Onun sözlərinə görə, dövlət rəsmiləri bu məsələni din xadimləri ilə müzakirə edirlər.
Bundan əvvəl yerli KİV-lər hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının pravoslavlığı dövlət dini elan etməyi planlaşdırdığını bildiriblər.
“Oxşar təklif hakimiyyətdən də olub. Bu zaman biz məzmuna diqqət yetirməliyik. Son zamanlar gördük ki, hakimiyyət milli dəyərləri və adət-ənənələri qorumaq xəttini davam etdirir. Onlar həm də sülhsevər siyasət yürüdürlər və kilsə üçün çox şey edirlər, ona görə də bu təklifi o kontekstdə nəzərdən keçirməliyik ki, hakimiyyət kilsənin rolunu və statusunu daha da gücləndirmək istəyir”, – Caqmaidze deyib.
Nəsimi Ələsgərli
www.yenicag.az