“Bidzina İvanişvilinin komandasını qovacaqlar və onların şansı olmayacaq”.
Bu sözləri Yenicag.az-a Gürcüstanda baş verən prosesləri şərh edərkən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Gürcüstan hökuməti məğlub olacaq:
“Gürcüstanda dəyişikliklər gözlənilir. Bu dəyişiklik indiki hökumətin dəyişməsinə gətirib çıxara bilər. Parlament seçkiləri keçiriləcək. Parlamentli respubilka olduğunu görə, deputatlar prezidenti seçəcək. Parlamentdə müxalifət üstünlük qazanacaq”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Bidzina İvanişvili prezident olmaq istəyir.
“Zurabaşvili də prezident olmaq istəyir. Çox gərgin seçkilər keçəcək. Bidzina İvanişvilinin komandasını qovacaqlar və onların şansı olmayacaq”, – deyə o bildirib.
Gürcüstandakı seçkilərin ölkəmizə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran politoloq qeyd edib ki, Azərbaycanda prezident və parlament seçkiləri yeni keçirilib.
“Gürcüstanda baş verənlərin Azərbaycana hər hansısa formada təsir edəcəyini gözləmirəm”, – deyə o vurğulayıb.
Səxavət Məmməd
www.yenicag.az