Gürcüstana 2013-cü ilədək istehsal edilmiş avtomobillərin idxalı qadağan ediləcək

media-hightechnic-468x90

Gürcüstana 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərin idxalı məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bəyan edib:

“Biz ölkədəki avtomobillərlə bağlı Avro-5 standartını tətbiq etmək qərarı vermişik. Bu, praktiki olaraq o deməkdir ki, 2013-cü ilədək istehsal edilmiş avtomobillərin idxalı qadağan ediləcək”.

Qaribaşvili minik maşınları ilə bağlı məhdudiyyətin 2024-cü ilin 1 yanvar tarixindən, avtobus və yük maşınları ilə bağlı məhdudiyyətin isə 1 yanvar 2025-ci ildən tətbiq ediləcəyini qeyd edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600