Gürcüstanda etiraz aksiyası keçirilir

media-hightechnic-468x90

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında etiraz aksiyası keçirilir.

Yenicag.az xəbər verir ki, bir qrup etirazçı bu gün polis tərəfindən saxlanılan Zaza Saralidzenin azadlığa buraxılmasını tələb edirlər.

Aksiyada Malxaz Maçalikaşvili, gənclər və ictimai fəallar iştirak edirlər. “Qirçi” Partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze də etirazçılara qoşulub.

Etirazçılar aksiyanı Z.Saralidze azadlığıa buraxılmayanadək davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb. O, səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600