Gürcüstanda hakimiyyət dəyişikliyi gözlənilirmi? - SİYASİ ŞƏRH

media-hightechnic-468x90

“Gürcüstanda keçirilən bələdiyyə seçkisi inqilab edib, hakimiyyət dəyişikliyinə apara bilməz”.

Bu sözləri Gürcüstanda baş verən proseslər, hadisələrin regionda yarada biləcəyi problemləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Gürcüstanda Qərblə Rusiya xətti açıq müstəvidə döyüşür:

“Gürcüstanda klassik bir formada demokratik təfəkkürlə, yəni Qərb dünyası ilə, mühafizəkar Rusiya xəttinin açıq müstəvidə döyüşü gedir. Tərəflər bir-birinə əzələ nümayiş etdirirlər. Gürcüstan mürəkkəb situasiyadadır. Gürcüstanın ərazisi işğal olunub və bunu Rusiya edib. Rusiya tərəfindən təhdid olunan qüvvələr nicatını NATO-da, Qərbdə axtarır”.

Siyasətçi qeyd edib ki, bu seçki inqilab edib, hakimiyyət dəyişikliyinə apara bilməz:

“Çünki bələdiyyə seçkisidir. Lakin bu hadisə cəmiyyətdə qütbləşməni dərinləşdirəcək. Hazırda gördüyümüz də budur. Proses hara qədər davam edəcək, Rusiyanın Ukraynaya təcavüzü hansı nəticəyə gətirəcək, Qərb hansı mövqe tutacaq, Qərbə inteqrasiya xətti aktiv müdafiə olunacaqmı? Hər şey bunlardan aslıdır. Siyasi qütblər barışmazdır. Cəmiyyət də təbəqələşib. Qeyri müəyyən vəziyyət Gürcüstan dövlətçiliyinə və regionda stabilliyə təhdid yaranan amillərdən biridir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa