Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

media-hightechnic-468x90

Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı saxlanılır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin iyun ayına olan göstəricilərə əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 12-si qadın, 89-u isə kişidir.

Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 82-si barəsində isə hökm oxunub.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edib. Onlardan 21-i Tbilisidə, 16-sı Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya bölgəsindədir.

Gürcüstan həbsxanalarında hazırda 46 İran, 25 Ermənistan, 112 Rusiya, 192 Türkiyə və 42 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 729 əcnəbi saxlanılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05