Gürcüstanda həmyerlimiz 2 min lariyə görə tutuldu
Mayın 19-da Gürcüstan Korrupsiya ilə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Alget kənd icra hakimiyyəti nümayəndəsi Balabəy Qızbəsov saxlanılıb.
Yenicag.az xəbər verir ki, kənd icra nümayəndəsi 2 min lari rüşvət almaqda günahlandırılır.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.